Latviya səfiri “İRƏLİ” İctimai Birliyinin qonağı olub

Latviya səfiri “İRƏLİ” İctimai Birliyinin qonağı olub

Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis "İRƏLİ" İctimai Birliyinin qonağı olmuşdur. Görüş "İRƏLİ" Gənclik Mərkəzində keçirilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SIA-ya verdiyi məlumata görə, Latviya səfiri Baumanis mərkəzlə tanış olmuş, onun fəaliyyəti ilə maraqlanıb. Görüşdə "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı birliyin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşün ümumi yekunu olaraq Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsi, qarşılıqlı səfərlər, ortaq layihələrin təşkili və s. müzakirə olunub.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Latviyanın keçmiş prezidenti Xanım Vaira Vike – Freiberga da Azərbaycana səfəri çərçivəsində "İRƏLİ" İctimai Birliyinin fəalları ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə