Serjikdən Paşinyana "çoxbilmiş" damğası

Serjikdən Paşinyana "çoxbilmiş" damğası

Konstitusiyada olan hər şey bizim üçün məcburidir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərə deyib.

Məlumatda bildirilir ki, eks prezident Qarabağ məsələsinin nizamlanması ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Konstitusiya barəsində jurnalistlərin sualına isə Serj Sarkisyan belə cavab verib:
“Yaxşı, yaxud pis hesab etməsindən asılı olmayaraq, arzu edirəm ki, hamı Konstitusiyanı müdafiə etsin. Bilirsinizmi, indi hər kəs özünü çoxbilmiş, hər şeyi bilən hesab edir, özünü hüquqşunas sayır və Konstitusiyanı şərh etməyə çalışır. Hər nə varsa o mütləqdir”.

Jurnalistlərin digər suallarını isə cavabsız qoyan eks-prezident dərhal uzaqlaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə