Seyran Ohanyan Vitaly Balasanyanın lehinə kampaniyalar aparır. SİA Ermənistana məxsus “Jamanak” qəzetində yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan qondarma Dağlıq Qarabağ respublikasının prezidentliyinə namizəd Vitali Balasanyanın lehinə kampaniyalar aparır.
Qəzetdə xüsusilə vurğulanır ki, Ohanyan Robert Köçəryanla eyni komandadadır və seçkilərin son mərhələsində fəllığı artırmaq qərarına gəliblər.
Göründüyü kimi Ermənistanda vəziyyət heç də Nikol Paşinyanın təqdim etmək istədiyi kimi deyil və baş nazirə qarşı çıxanların sayı durmadan artır. İşğalçı dövlətdə fikir ayrılıqları durmadan artmaqdadır. Sabiq müdafiə naziri Seyran Ohanyanın Paşinyanla deyil, Koçaryanla eyni komandada olması təsdiq edir ki, parçalanmalar Ermənistan reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB