Bakı Gənclər Mərkəzi Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığa başlayıb. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə 4 iyul tarixində Hindistan Respublikasının Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşlarının Bakı Gənclər Mərkəzinə səfəri baş tutub.
Əməkdaşlıq çərçivəsində səfirlik tərəfindən Bakı Gənclər Mərkəzinin elektron kitabxanasına Hindistanın tarixi və mədəniyyətindən, eləcə də görkəmli şəxsiyyətlərinin həyatından bəhs edən kitablar hədiyyə olunub.
Daha sonra əməkdaşlığın əhatəsini müəyyənləşdirmək üçün görüş keçirilib. Çay süfrəsi ətrafında səmimi keçən söhbətin gedişində Mərkəzin imkanlarını olduqca müsbət qiymətləndirən cənab səfir burada birgə layihələrin təşkili barədə Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova ilə müzakirə həyata keçirib.
Sonda cənab səfir əməkdaşlığa başlanılmasından məmnunluğunu qeyd edərək gələcəkdə qarşılıqlı işlərin daha da dərinləşdiriləcəyinə olan ümidlərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB