Masallı Telekommunikasiya Qovşağının binasında bərpa işləri davam edir
Masallı rayonunun Telekommnukasiya Qovşağının binasında baş verən partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir. Hazırda Bakıdan və bölgənin bütün rayonlarından rabitəçi biriqadaları təmir bərpa işlərinə cəlb olunub.
SİA-nın cənub bürosunun məlumatına görə, dünən rayonda olan Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, baş vermiş hadisə zamanı rayonun rabitə təsərrüfatı, eyni zamnada ərazidən keçən Avropa ilə Asiyanı birləşdirən beynəlxalq rabitə xətti də sıradan çıxmışdı. İlk öncə beynəlxalq rabitə istifadəyə verilib. Rayon üzrə qalan nömrələrin bərpası mərhələ-mərhələ istifadəyə veriləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ərazidə çalışan təmir biriqadaları 24 saatlıq iş rejimi ilə işləyir. Lazım olan zəruri avadanlıqlar artıq rayona gətirilib, zəruri qismi isə Türkiyədən sifariş edilib. Hadisə nəticəsində Masallı rayon Telekommnukasiya Qovşağına dəyən ziyanın miqyasına gəlincə isə, nazir müavini konkret rəqəm açıqlamasa da, bunun kifayət qədər böyük rəqəm olduğunu bildirib.
Nazir müavini həmçinin bildirib ki, rabitə sahəsinin tam bərpası mart ayına kimi uzana bilər. Sadəcə rabitənin bərpası işi yaxın 10 gündə başa çatacaq ki, insanlar bunu hiss etməyəcəklər.
Qeyd edək ki, telekommnikasiya qovşağında baş vermiş partlayış nəticəsində yaralanmış 3 nəfərin vəziyyəti kafi olduğu üçün Masallı rayon xəstəxanasından evə buraxılıb. Yaralılardan 45 yaşlı İbadət Quliyevin vəziyyəti isə həkimlər tərəfindən hələ də orta ağır qiymətləndirilir.
Hazırda ərazidə müvafiq strukturların əməliyyat istintaq qurupu araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB