YAP Sabunçu rayon təşkilatının gənclər birliyi orduya dəstək aksiyasına qoşuldu
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının gənclər birliyinin fəalları rayon təşkilatının qərargahında toplaşaraq, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun çağırışına qoşularaq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə aksiya keçiriblər. Gənclər Müstəqil Azərbaycan Dövlətinin güclü olmasına, xüsusilə də, onun Azərbaycan Ordusunun dünyanın ən güclü orduları arasında olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli 755 saylı Fərmanı ilə yaradılmış bu fondun Ordu-Xalq-Ali Baş Komandan vəhdətinin rəmzi olduğunu xüsusi qeyd etmişlər və bu mənada, YAP gəncləri hər zaman bu vəhdətin dəstəklənməsində çox yaxından iştirak etmək istədiklərini bildiriblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB