WikiLeaks: “Yaxın gələcəkdə normal, ağıllı erməni uşağı tapmaq mümkün olmayacaq”
"WikiLeaks" saytı ermənilərlə bağlı yeni məlumatları yaymaqda davam edir. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, sonuncu xəbər Ermənistanda son illər artan köçün nədən baş verməsini özündə ehtiva edir. "WikiLeaks" diplomatik mənbələrin məlumatlarına istinadən yazır ki, Ermənistanda ağır iqtisadi vəziyyət və qeyri-stabil siyasi durum ermənilərin ölkədən köçməsini sürətləndirir. ABŞ-ın Ermənistandakı diplomatlarından biri olan Jozef Penninqtonun hazırladığı hesabat: " Ermənilər artıq ölkələrinin gələcəyi barədə düşünmürlər. Ermənilər Ermənistanın gələcəyinə artıq inanmırlar. Onlar hesab edirlər ki, Ermənistanın bundan sonra stabil və güclü bir ölkə olması mümkün deyil. Bunu deyənlər də xəyyalarla yaşayırlar. Ermənistanda köç məsələsi yeni deyil və son dövrlər bunun sürətlə artması ölkədə əhalinin sürətlə azalmasına gətirib çıxara bilər. 1 mart 2008-ci il hadisələrindən sonra ermənilər ABŞ-ın İrəvandakı səfirliyinin qapısını durmadan ziyarət edirlər. Təkcə, bir həftə içində 20-dən artıq erməni ailəsi bizim səfirliyə müraciət edərək, ABŞ-dan sığınacaq istədiklərinə dair ərizə veriblər. Bu sayın günbəgün artdığı tərəfimizdən izlənilir. Ermənistan hakimiyyətinin apardığı iqtisadi və sosial siyasətin kəskin dərəcədə bərbad vəziyyətdə olması və monopoliya rejiminini əhalini sosial rifahının pisləşməsi erməniləri ölkədən qaçmağa məcbur edir".
"WikiLeaks" yazır ki, Ermənistanda hazırda iqtisadi vəziyyətin ağır olması dəhşətli nəticələrə gətirib çıxara bilər: "Ermənistan əhalisinin əhval-ruhiyyəsi bərbad gündə olmaqla yanaşı, həm də sürətlə aşağı düşməyə başlayır. Elə erməni sosioloqları da deyirlər ki, Ermənistanda əhalinin böyük bir qismi nevroz xəstəliyinə tutulub. Eyni zamanda, adamların küçənin ortasında öz-özünə danışması hallarının çoxalması da ona dəlalət edir ki, ermənilər həm də kütləvi şəkildə dəli olmaq üzrədirlər. Erməni ailələrinin uşaqlarını yaxşı tərbiyə edə bilməməsi kimi, həm də onları lazımi səviyyədə yedirə və geyindirə bilməməyin əziyyətini çəkirlər. Buraya təhsili də əlavə edən sayt hesab edir ki, yaxın gələcəkdə normal, ağıllı erməni uşağı tapmaq mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB