Sabiq baş nazir: “Ermənistanda qiymətlərin səviyyəsi ilə əhalinin gəlirləri arasında ciddi uçurum var”
Ermənistanda qiymətlərin sürətlə bahalaşması real iqtisadi siyasətlə tərsdir. SİA-nın xəbərinə görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib. Onun sözlərinə görə, hazırki dönəmdə Ermənistanda qiymətlərin səviyyəsi ilə əhalinin gəlirləri arasında ciddi uçurumlar var və onların düzəldilməsi qısa müddətdə mümkün deyil: "Ermənistanda ərzağın qiyməti Avropa ilə müqayisədə 70 faiz bahadır. Amma bununla paralel olaraq əhalinin aldığı əmək haqları və müavinətlərin həcmi isə Avropadan 5 dəfə azdır. Ayda 100 dollar əmək haqqı alan erməni Avropa qiymətləri ilə necə yaşaya bilər?".
Baqratyan deyir ki, Ermənistanda son 4 ildə əhalinin gəlirlərinin də sürətlə azalması faktı mövcuddur: "Ölkə əhalisi sürətlə yoxsullaşır. Hesab edirəm ki, bu uzun müddət davam edə bilməz. Sarkisyan hakimiyyəti deyir ki, son 4 ildə büdcədəki artım 13 faiz təşkil edib. Amma bununla yanaşı infliyasiyanın son 4 ildəki vəziyyətinə baxmaq lazımdır. 2008-ci ildə 9 faiz, 2009-cu ildə 3,4 faiz, 2010-cu ildə isə 8 faiz olub. Bu il isə infliyasiyanın həcmi 4 faiz təşkil edəcək. Bunları topladıqda məlum olur ki, 4 ildə 25 faizlik bir infliyasiya mövcuddur. O zaman büdcədəki artımla infliyasiya arasında fərqi kimin ayağına yazaq?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB