"Ayın 9-da nəzərdə tutulan iclas MM-in növbədənkənar sessiyasının davamıdır" RƏSMİ AÇIQLAMA
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı SİA-ya açıqlama verən mətbat katibi bildirib ki, heç bir təcili iclasdan söz gedə bilməz.
Təvəkküloğlu vurğulayıb ki, iyulun 9-12-si tarixləri üçün nəzərdə tutulan iclaslar sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyasının davamıdır: “Milli Məclisin növbədənkənar iclasları adi qaydada davam edir. Sözügedən tarixlərdə də növbəti iclasların keçirilməsi gözlənilir”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB