"YAP GB müxtəlif mətbu orqanları ilə fəal əməkdaşlıq edir" ÖZƏL-MÜNASİBƏT
“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman olduğu kimi bu ildə də mətbuatla işə xüsusi önəm vermiş, günümüzün ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələr vasitəsi ilə həyata keçirdiyi tədbirləri paylaşıb, eyni zamanda Azərbaycanın haqq səsini dünya sosial mediasında duyurmağa çalışıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin facebook sosial şəbəkəsində "QELEBE" adlı qrupu vardır: “Bu qrup ölkəmizdə ən aktiv paylaşım qruplarından biridir. Belə ki, gün ərzində qrupda paylaşılan müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Eyni zamanda “QELEBE” qrupu üzvlərinin sayına görə də ön sıralarda dayanır.
Facebook sosial şəbəkəsində Gənclər Birliyimizə məxsus "YAP Gənclər Birliyi" adlı səhifə də vardır. Bu səhifəni 36 mindən artıq istifadəçi bəyənib. "QELEBE" qrupunda olduğu kimi burda da aktiv müzakirələr aparılır, müxtəlif mövzular ətrafında gənclər öz fikirlərini bildirirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "instagram" səhifəsi də həm izlənmə sayına, həm də aktiv müzakirələrə görə ön sıralarda qərarlaşıb. Belə ki, səhifənin 6300-dən çox izləyicisi vardır. Təşkilatımıza məxsus "youtube" kanalında Gənclər Birliyimizin həyata keçirdiyi tədbirlərdən görüntülər yerləşdirilir. Ümumiyyətlə, YAP Gənclər Birliyi müxtəlif qəzetlər və saytlarla da fəal əməkdaşlıq edir. Təşkilatımızın fəaliyyətini əks etdirən məlumatlar qəzet və saytlarda geniş şəkildə öz əksini tapır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB