Daşınma üzərində iş artıq başlamışdır, lakin məsələ bir neçə ay ərzində həll edilə, tamamlana bilməz. SİA Ermənistana məxsus armeniasputnik.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gömrük Komitəsinin rəhbəri David Ananyan bildirib.
“Xarici iqtisadi fəaliyyət mərkəzi Gümrüdə qurulacaq. O, yalnız avtomobilin gömrük rəsmiləşdirilməsini deyil, daha geniş funksiyaları yerinə yetirəcəkdir”-deyə Ermənistanın Dövlət Gömrük Komitəsinin sədri David Ananyan bazar ertəsi jurnalistlərə bildirib.
Bu ilin aprel ayında məlum olub ki, İrəvanın cənub hissəsində yerləşən Ararat gömrük terminalı Ermənistanın şimalında böyüklüyünə görə ikinci şəhəri olan Gümrüyə köçürülə bilər. Baş nazir NikolPaşinyan o zaman bəyan etmişdi də ki, Anonyana avtomobil gömrük terminalını İrəvandan Gümrüyə köçürməsi üçün tədbirlər görmək barədə tapşırıq verib. Düzdür işlərə start verilib. Amma bütün bunların bir necə aya başa gələcəyi inandırıcı deyil və ola bilsin ki, buna illər sərf olunacaq. Həm də bu məntəqənin tikintisinə 19-21 milyon dollar vəsait tələb olunur. Anonyan hesab edir ki, bunlar qrant, və ya kredit vəsaitləri ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB