Nankor xislət Sevinc Osmanqızındadır
Yenə də canına birə düşmüş parazitlər. Bəli, belələrini ancaq belə adlandırmaq olar. Ölkədə aparılan inqilabi sosial-iqtisadi islahatlardan narahatlıq keçirərək min bir oyuna, böhtana əl atsalar da, bir nəticə əldə edə bilməyən erməni dəyirmanına su tökən dağıdıcı düşərgə və Avropada özlərini "siyasi mühacir" kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən ələ alınmış şəxslərin apardığı təbliğat ciddi nəticə əldə etmədiyinə görə, ritorikalarını dəyişməyə başlayıblar.
Birdən yadlarına ölkə Prezidentinin jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması üçün həyata keçirdiyi uğurlu işlərə qara yaxmaq, daha doğrusu, dünyada analoqu olmayan dövlət başçısının jurnalistləri mənzillə təmin etməsi məsələləri düşdü. Bu qarayaxma kampaniyasına gedənlər çirkab çamxuruna bulaşanlar. Bunlar çox yaxşı başa düşürlər ki, apardıqları söyüş ritorikası və qarayaxmalar cəmiyyət tərəfindən dəstəklənmir. Bu gün ABŞ-da yaşayan və AXCP sədri Əli Kərimlinin təbliğatını aparan, qibləsi ABŞ olan Sevinc Osmanqızının Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyinə nail ola bilmədikdə, indi də başlayıb qaşınmayan yerdən qan çıxarmağa. Daha doğrusu, jurnalistlərə evlərin verilməsi ilə bağlı məsələyə çirkab yaxmağa. S.Osmanqızı deyir ki, guya jurnalistlərə evlər satılıb. Bu qədər həyasızlıq olar? Mən və mənim kimi həmkar jurnalistlərimizin durumu gözümüzün qarşısında idi. Kirayə evlərdə qalırdılar. Ailənin göndərdiyi pulla güclə sosial problemlərini həll edirdilər. Daha doğrusu, yarı ac, yarı tox. Dövlət başçımız hər dəfə jurnalistlərlə görüşəndə, onların necə və hansı durumda, nə kimi problemlərinin olması ilə mütəmadi maranqlanıb. Və bu gün nəticə göz qabağındadır. Mən özüm də 25 ildir ki, "SƏS" qəzetində işləyirəm. Jurnalistika fakültəsini bitrmişəm. Təkuşaqlı ana olaraq valideynlərimin himayəsi altında yaşayırdım. Bu gün dövlət başçımızın verdiyi mənzillə mən də təmənnasız təmin olunmuşam. Ancaq görünür, S.Osmanqızı kimilər mənliklərini qrantlara sataraq aldıqları evləri, villaları hansı yolla aldığını unudub? Sevinc Osmanqızı kimilərin qanunsuz əməllərinə dərhal son qoyulmalı, təqsirkarlar isə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Osmanqızı özü videomüraciətində bildirib ki, heç bir şantaja və təhdidlərə boyun əyməyəcək və işini davam etdirəcəkdir.
Atasının adı altında gizlənmək
Baxmayaraq ki, S.Osmanqızı, daha çox jurnalsit kimi məşhur olsa da, bir müddət Azərbayxan XİN-də də işləyib ötən əsrin 90-cı illərin əvvəlində "ASSA İrada" informasiya agetliyində, daha sonra AzTV-də işləsə də, atası - jurnalist Osman Mirzəyevin adından istifadə edərək, Xarici İşlər Nazirliyində işləmək üçün müraciət edir. İşə qəbul olmaq üçün Osmanqızı deyir ki, ermənilərlə birgə mübarizə aparmaq" istəyir. Lakin daha sonra aydınlaşır ki, o, XİN-də xaricə getmək üçün işləmək istəyir.
Bəli, çıxış yolunu həyəsızlıqda görən Osmanqızını bir çoxları yalnız öz məqsədi üçün atasının adından istifadə etdiyini deyirlər. Məhz bu gün Osmanqızı düşmən QHT-lər hesabına xaricdə anti-Azərbaycan dairələrə çalışaraq, "karyera" qurur. Sosial şəəbəkələrdəki verilişlərində yalandan Azərbaycan üçün ağlayır, ölkənin daxili və xarici siyasətini əsaslandırılmamış faktlarla tənqid edir. Əslində isə, Osmanqızı Azərbaycan üçün heç nə etməyib. Onun ən böyük arzusu xaricdə yaşamaq idi. Buna nail olmasına baxmayaraq, o, hər zaman qayğı gördüyü dövlətini ləkələyir. Necə ki, bu gün növbəti ləkəli oyununu həyata keçirmək istəyir. Lakin bunun müqabilində, açıq-aydın əxlaqsız və mənəviyyatsız olduğunu nümayiş etdirir. Azərbaycana nifrət edən Sevinc Osmanqızı kimi mənəviyyatsız əxlaqsızın əsl üzü budur - "Vətən üçün pis olan, mənə faydalıdır". Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün, mənəvi nöqteyi-nəzərdən, xəyanətkardan və fəraridən başqa biri deyil.
Son olaraq, qeyd etmək istəyirəm ki, S.Oamanqızı kimi əxlaqsızların tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən və dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB