Fevralın 6-da Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğal olunmuş ərazidə yerləşən hissələrinin birində 19 yaşlı Gevork Kotinyan adlı əsgər döyülərək öldürülüb. SİA-nın erməni mətbuata istinadən verdiyi xəbərə görə, Gevork Kotinyan əslən Ermənistanın Vanadzor şəhərindən olub və Dağlıq Qarabağda 9 ay hərbi xidmət keçib. Kotinyanın ölüm kağızından onun möhkəm döyüldüyü məlum olur.
Əsgərin dayısı Boris Adamyan onun bədənində çoxsaylı zədələrin olduğunu bildirib: "Onu qrup şəklində vəhşicəsinə döyüblər. Möhkəm zərbədən sinəsinə qan sızıb və ürəyi dayanıb".
Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Ermənistan Müdafiə Nazirliyi hadisəni törədənlərin müəyyən olunduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB