Prezident İlham Əliyev Qazaxda yeni məktəb binasının açılışında iştirak edib
Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak edib.
SİA-nın xəbərinə görə, Azərbaycan Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılmış, cari ilin yanvarında başa çatdırılıb.
Bildirildi ki, hələ sovet dövründə Birinci Şıxlı kəndində bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz tikilən binalar istismar müddəti bitməmiş uçub dağılırdı. 1987-ci ildə istifadəyə verilən məktəb binası da eyni təhlükə ilə üzləşib.
Tikinti işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər dərindən təhlil edilmiş, binanın özülü tam monolit betondan tökülüb. Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Burada 49 otaq, o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilib. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılmış, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev yeni binanın açılışını bildirən lenti kəsdi, sinif otaqlarına, idman salonuna baxdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB