ABŞ Türkiyəyə səfir təyin edib

ABŞ Türkiyəyə səfir təyin edib

ABŞ Senatı Dövlət Departamentinin ölkənin Türkiyədəki səfiri vəzifəsinə namizədi Devid Satterfildin təyinatını təsdiq edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankara səfirliyinin "Twitter" səhifəsində məlumat verilir.

"Ötən gün ABŞ Senatı, Ankara səfiri Devid Satterfildin bu vəzifəyə təyinatını təsdiq edib. Biz tezliklə sizinlə görüşü gözləyirik", məlumatda deyilir.

Devid Satterfild ABŞ Dövlət Departamentinin ən təcrübəli diplomatlarından biri sayılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə