Malayziya və Şri-Lankada sel fəlakəti

Malayziya və Şri-Lankada sel fəlakəti

Güclü leysan yağışları bu dəfə də Malayziya və Şri-Lankanı vurub.

SİA-nın məlumatına görə, Malayziyada 50 min nəfər evakusaiya edilib, musson mövsümünü yaşayan Şri-Lankada isə 450 min ailəyə sel zərər vurub. Aylardır yağışların davam etdiyi Şri-Lankada ölənlərin sayı 40-ı keçib. 15 min ev seldən zərər görüb, 300 mindən çox insan düşərgələrdə yaşayır.

Asiya İnkişaf Bankı bölgənin iqlim dəyişikliyindən qaynaqlanan böyük bir köç təhdidi ilə qarşı-qarşıya olduğu bildirib. Yalnız 2010-cu ildə Malayziya, Çin və Şri-Lanka kimi ölkələrdə milyonlarla insan uzun və ya qısa müddətə yer dəyişdirmək məcburiyyətində qalıb. İqlim dəyişikliyi davam edəcəyi təqdirdə köç dalğasının genişlənəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə