Danimarka karikatura böhranından sonra daha bir skandala imza atıb.
SİA-nın məlumatına görə, bu dəfə hökumət "dinə görə maaş" qanunu qəbul etməyi təklif edib. Maliyyə naziri Klaus Jört Frederiksen tərəfindən gündəliyə gətirilən qanun layihəsinə görə, müsəlman mühacirlər eyni işə görə danimarkalılardan daha az maaş alacaq və sosial haqlardan faydalanmaq üçün xal toplamaq məcburiyyətində qalacaq. Bununla yanaşı, əlilliyə görə təqaüdə çıxan müsəlmanlar yenidən yoxlanacaq və onlardan bəzilərinin yenidən iş həyatına qaytarılması üçün təzyiqlər artırılacaq. Sözügedən layihədə qərb ölkələrindən Danimarkaya gələn mühacirlərin iş şərtlərində hər hansı dəyişiklikdən bəhs edilmir.
Danimarka müxalifəti ölkədə ayrı-seçkiliyə səbəb olacaq layihəni tənqid edib. Ölkədə yaşayan müsəlmanlar da layihənni 9 ildir tətbiq olunan inteqrasiya siyasətinin çökməsinə səbəb olacağını bildiriblər. Sənəd hökumət içərisində də fikir ayrılıqlarına səbəb olub. Hökumətin mühacirlərlə bağlı məsələlər üzrə təmsilçisi, inteqrasiya naziri Birt Ronn Hörnbeç layihəni xoş olmayan təklif adlandırıb. Danimarka Ticarət Palatası da layihənin fövqəladə dərəcədə axmaq sənəd olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB