Ermənistanın Parlamenti bütün iş səfərlərini ləğv edib

Vaqe Qriqoryanı seçilməsi naminə Ermənistanın Milli Məclisi bütün iş səfərlərini ləğv edib. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzetindı yazı dərc olunub.

Yazıda qeyd olunur ki, bir səs belə indi həlledicidir. Məsələn, "Mənim addımım" partiyasının üzvü olan Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komitənin sədr müavini Anna Karapetyan Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə Qrupun (GRECO) iyunun 16-22-də keçiriləcək 83-cü iclasında iştirak etmək üçün Strasburqa gedəcəkdi. Ancaq getməyib və dünən o səsverməyə qatılıb.

Səsvermədən sonra nəşrin müxbiri onun iş səfərinə nə üçün getmədiyini sual verib. Cavab əvvəlcə “şəxsi səbəblərlə əlaqədar” olub. Bu "şəxsi səbəblər" Konstitusiya Məhkəməsinin hakiminin seçilməsi ilə bağlı deyilmi, sualı verildikdən sonra isə, Anna Karapetyan, “xeyr, şəxsi səbəblərə görə yox, deyə bilmədiyim səbəblərə görə” cavabı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə