Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallıda Telekommunikasiya Qovşağının (TKQ) binasında baş vermiş hadisə ilə əlaqədar rayonda olub. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə gələn nazir bildirib ki, hadisəyə texniki problemlər, həmçinin binanın qəzalı vəziyyətdə olması səbəb ola bilər. Hazırda versiyalar üzərində iş gedir.
Kəmaləddin Heydərov həmçinin əlavə edib ki, baş verən qəzaya kənar müdaxilə olmayıb. Hazırda TKQ-nin binasında baş verən dağıntının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmir briqadası, FHN-in əməkdaşları texnikanın köməkliyi ilə dağıntının nəticələrini aradan qaldırırlar. Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və Rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupu ərazidə araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB