Azərbaycan, Rusiya və İran prezidentləri Soçidə görüşəcək

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək. SİA "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryev bildirib.

"İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransının açılışında çıxış edən S. Çebotaryev deyib ki, avqust ayında Soçidə Azərbaycan, Rusiya və İran prezidentləri arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə