Ötən il Samux rayonunda 619 ailəyə ünvanlı sosial yardım verilib ki, bu da 2902 nəfəri əhatə edir. Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, dövlətdən yardım alanların əksəriyyəti təkrar müraciət edənlərdir.
Qeyd edək ki, insanlar ünvanlı sosial yardımı plastik kartlarla alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə