Samuxda 600-dən artıq ailə ünvanlı sosial yardım alır

8 Fevral 2011 23:38 (UTC+04:00)

Ötən il Samux rayonunda 619 ailəyə ünvanlı sosial yardım verilib ki, bu da 2902 nəfəri əhatə edir. Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, dövlətdən yardım alanların əksəriyyəti təkrar müraciət edənlərdir.

Qeyd edək ki, insanlar ünvanlı sosial yardımı plastik kartlarla alırlar.