Hepatit virusunun aşkarlanması ilə bağlı fevralın 12-də jurnalistlər üçün pulsuz müayinə təşkil olunacaq

Hepatit virusunun aşkarlanması ilə bağlı fevralın 12-də jurnalistlər üçün pulsuz müayinə təşkil olunacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, müayinələrdə hər kəs könüllü olaraq iştirak edə bilər. Onun sözlərinə görə, yalnız Hepatit B və C virusunun aşkarlanması üçün nəzərdə tutulan müayinələr saat 12-00- dan günün sonunadək RİA-Novosti xəbər Agentliyinin mətbuat mərkəzində reallaşacaq.

"Müayinələr Hofmanlar- Rosh firması tərəfindən xüsusi laboratoriya vasitəsilə aparılacaq. Müayinələrdə iştirak etmək istəyən mətbu orqanları müraciət edərək həmin müayinələri öz redaksiyalarında da keçirə bilərlər", - deyə AJQA sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə