Gəncənin tarixi şəxsiyyətlərindən bəhs edən ensiklopediya işıq üzü görəcək

Gəncənin tarixi şəxsiyyətlərindən bəhs edən ensiklopediya işıq üzü görəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elm Mərkəzinin alimləri tərəfindən Gəncənin tarixi şəxsiyyətləri haqqında hazırlanan ensiklopediyanın birinci cildi hazırdır.

İki cilddən ibarət olacaq kitab ölkənin ikinci böyük şəhərində vaxtıilə yaşayan və mili-mənəvi dəyərləri təbliğ edən, tarixdə iz qoyan insanların həyat və fəaliyyətindən bəhs edir.

Kitabın müəlliflərindən biri, tarix elmləri namizədi Samir Pişnamazzadənin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ensiklopediyanın hazırlanmasında ən başlıca amillərdən biri ictimaiyyətə bəlli olmayan görkəmli şəxsiyyətlər haqqında daha dolğun məlumatların yer almasıdır.

"Birinci cild 20-ci əsrə qədər olan tarixi dövrü, həmin dövrlərdə yaşayan və fəaliyyət göstərən şəxsiyyətləri əhatə edir. Artıq ensiklopediyanın ən çətin mərhələsi, birinci cildi hazırlanıb", S. Pişnamazzadə əlavə edib.

Yaxın vaxtlarda işıq üzü görəcək kitab Azərbaycan alimlərinin rus və fars təhsili aldıqlaı üçün həmin xalqların idealogiyasını mənimsədikləri fikirlərini darmadağın edir.

Bütün xəbərlər Facebook səhifəmizdə