Ulu öndərin qayıdışı Azərbyacan xalqını böyük fəlakətlərdən qurtardı

Ulu öndərin qayıdışı Azərbyacan xalqını böyük fəlakətlərdən qurtardı

"Sabah Azərbaycanda Qurtuluş Günüdür. 1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyacanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik". SİA-nın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, o günlərdə Azərbaycan dövləti öz ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək ərəfəsində idi: “Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda Azərbaycan xalqı üzünü Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndərdi. Ulu öndərin Azərbaycana hakimiyyətə qayıtması ilə Azərbyacn xalqını böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Bu zaman Azərbaycanın müasir dövlətin istiqamətləri müəyyənləşdi. Ona görə biz hər il iyunun 15-i Azərbaycanda Qurtuluş Günü kimi qeyd edirik. Fürsətdən istifadə edib hamımızı təbrik edirəm. Azərbaycan xalqına inkişaf arzulayıram”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə