İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon danışığı olub. SİA-nın "İRNA" agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında maraq doğuran məsələlər ətrafında, regionda və dünyada baş verən hadisələr barəsində fikir mübadiləsi aparıblar.
İranın XİN başçısı türkiyəli həmkarına münasibətlərin müsbət məcrada davamı üçün danışıqların davam etdirilməsinin önəmli olduğunu vurğulayıb. Eyni zamanda İsrail tərəfindən gələn təhlükəyə qarşı ayıq olmağın vacibliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB