Ağcabədidə "Nəsimi İli" çərçivəsində bədii qiraət müsabiqəsi keçirilib
Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin tamam olduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilib: "Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkədə milli mədəniyyətə və incəsənətə yüksək səviyyədə münasibətin göstəricisidir. Ölkə ictimaiyyəti "Nəsimi İli" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsini bütün platformalarda müzakirə edir və geniş səpkidə tədbirlər reallaşır".
Aparat rəhbəri rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirildiyini diqqətə çatdırıb. Müsabiqənin qaliblərinin Fəxri Fərman və hədiyyələrlə mükafatlanacağını və Respublika Müsabiqəsində iştirak edəcəyini qeyd edib.
Bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən, Kəhrizli kənd tam orta məktəbin XI sinif şagirdi Xədicə Məmmədova I, Sarıcalı kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əliyeva II, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Nəzrin Məmmədova III yerə layiq görülüblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB