İkram Kərimov üzərində oynanılan “siyasi məhbus” tamaşası ANALİTİK

İkram Kərimov üzərində oynanılan “siyasi məhbus” tamaşası ANALİTİK

Yaxud, xainlərin əlinə yeni qrant girəvəsi düşüb

Sirr deyil ki, istər dağıdıcı müxalifət “liderləri”, istərsə də onların Qərb ölkələrində “dissident”, yaxud “siyasi mühacir” statusu altındakı quyruqları əllərinə düşən hər bir fürsətdə Azərbaycan dövlətinin əleyhinə müxtəlif kampaniyalara başlayırlar. Sosial şəbəkələr vasitəsi ilə canlı yayımlara çıxmaqla ölkəmiz əleyhinə ağızdolusu nağıllar uyduran sözügedən ünsürlər yığnağı hər bir addımlarını məqsədli şəkildə atdıqlarını da gizlətmirlər. Ümumiyyətlə, hər bir şantaj, böhtan, sabotajçılıq cəhdlərindən açıq-aşkar qrant qoxusunun gəldiyi göz önündədir. İstər insan haqları, istər söz və ifadə azadlığı, istərsə də digər məsələlərdə özlərini ülgücləyən, yaxa-başlarını cıraraq haray-şivən qoparan xain məxluqlar toplumu hətta alacaqları qrantlar uğrunda bir-birləri ilə bəhsə girməkdən belə çəkinmirlər.

Reket jurnalist İkram Kərimovun həbsi ətrafında da eyni hal yaşanmaq üzrədir

Sağlam düşüncəli ictimai rəy dəfələrlə belə halların şahidləri olub ki, sosial şəbəkələrdə hər hansı bir sifarişli mövzu ətrafında, xüsusilə “siyasi məhbus” məsələlərində çığır-bağır salan sözügedən tiplər əldə edəcəkləri qrantlardan dolayı bir-birlərinə qənim kəsilirlər. Görünür, növbəti məsələdə də - reket jurnalist İkram Kərimovun həbsi ətrafında da eyni hal yaşanmaq üzrədir.

Misal üçün, artıq AXCP sədri Əli Kərimli və trolları bir tərəfdən, ABŞ-da oturub, xarici kəşfiyyatçılar altına “yıxılan”, bu vasitə ilə xəyanətlərini sürdürən Sevinc Osmanqızı başqa tərəfdən, Fransada erməni maraqlarına nökərçilik edən Qənimət Zahid bir tərəfdən, digərləri isə öz tərəflərindən müxtəlif təbəqəli insanlara qarşı reketçilik edib, cinayətlər törətmiş reallıq.info saytının baş redaktoru İkram Kərimova “siyasi məhbus” donunu geyindərməyə başlayıblar. Çünki ortada qrantlar var və həmin qarantları necə deyərlər, kim birinci qapdısa, qapdı... Bunun üçün isə şər, böhtan atmaq, ölkənin nüfuzlu siyasi xadimlərinə qarşı çamur yaxmaq kampaniyalarını gerçəkləşdirmək lazımdır ki, onlar belə məsələlərdə pərgardırlar.

İkram Kərimovun qanunazidd əməlləri nəticəsində həbs olunacağını hiss etdiyi üçün, yüksək rütbəli dövlət məmurunu hədəfə alır, onu davamlı tənqid atəşlinə tutur, bununla da “siyasi məhbus” donunu keçirir başına

Başqa tərəfdən, onu da qeyd edə bilərik ki, jurnalistika adına ləkə gətirərək, reketçilik fəaliyyəti ilə məşğul olan şəxslər, elə İkram Kərimovun özü də, işlətdikləri qanunazidd əməlləri nəticəsində həbs olunacağını hiss etdikləri halda, hansısa bir yüksək rütbəli dövlət məmurunu hədəfə alır, onu davamlı tənqid atəşlinə tuturlar. Burada da “siyasi məhbus” məsələsi gündəmə gəlir. Daha dəqiq desək, “siyasi məhbus” kimi yuxarıda adları hallanan və hallanmayan xainlər toplumunun dəftərlərinə düşürlər. Sifarişlər isə öz yerində. Əlbəttə ki, baş verənlərin hər biri oynanılan uğursuz teatral tamaşalardır və İkram Kərimov məsələsi də burada yeni saxtakarlıq növünün göstəricisidir. Bu adam açıq-aşkar şəkildə sübut edir ki, öz reketçilik fəaliyyətini “siyasi məhbus” məsələsinə doğru yönəldir, nəticədə xainlər tolumu onu bu “statusda” təqdim etməklə, həm özlərinin qrant maraqlarını reallaşdırmağa çalışır, həm də bu vasitə ilə gündəmdə qalmağa cəhdlər göstərirlər. Əlbəttə ki, hər bir bənzər şər-böhtan əməllərinin ifşa olunması dəfələrlə sübuta yetirilib. Məhz İkram Kərimov məsələsi də bu sıradandır və oynanılan tamaşa onlara heç bi uğur qazana bilməyəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə