İngiltərədə çıxan "Financial Times" qəzeti Avropa Birliyinin Şərq bloku ölkələrindəki kimi ərəb dünyasındakı azadlıq hərəkatlarına da dəstək verməsinin vacibliyini vurğulayıb.
SİA-nın məlumatına görə, "Avropanın ərəb tarixi ilə görüşü" başlıqlı baş yazıda bildirilir ki, AB soyuq savaş dönəmində Polşa və Macarıstan kimi ölkələrdə etdiyi kimi ərəb dünyasındakı azadlıq hərəkatlarına da dəstək verməlidir. Yazıda "Azadlığa gedən yolda xoş olmayan şeylər də olur. Aşırı milliyyətçilik, iqtisadi problemlər, sərhəd atışmaları və hətta vətəndaş müharibəsi. Amma Avropa bu yolun sonundakı mükafatı gözdən qaçırmamalıdır".
"Financial Times" bu mükafatın Şimali Afrika və Yaxın Şərqdə iqtidarların xalqlarına nəhayət ki, hörmət etdiyi, qonşularla daha çox etimad dolu və konstruktiv münasibətdən ibarət olduğunu yazıb. Qəzetdə yer alan məqalədə Türkiyənin bu mənada model olaraq göstərə biləcəyi qeyd edilib. Yazıda Türkiyənin siyasi və iqtisadi müasirləşmə sürətləndikcə inkişaf edən demokratiyaya sahib olan dəyərli regional ortaq olduğu bildirilib.
"Washington Post" qəzeti isə Misirdəki hadisələrlə bağlı analizində Amerikaya xəbərdarlıq edib. Qəzetin köşə yazarı Fərid Zəkəriyyanın yazdığı yazıda Misirdə ordunun Mübarəki qurban verməyə hazır göründüyü, bu arada öz gücünü qorumağı hədəflədiyi bildirilib: "Əgər ordunun gücünü qoruyacaq həll modelindən qaçılmazsa, Misir Pakistana bənzəyə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB