Misirdə yeni hökumətin tam tərkibdə ilk toplantısı keçirilib

Misirdə yeni hökumətin tam tərkibdə ilk toplantısı keçirilib

Misirdə iki həftədən çoxdur davam edən üsyandan sonra normallaşma səyləri davam edir.

SİA-nın məlumatına görə, ölkədə nümayişçilər Təhrir meydanında gözləyirlər, yeni Nazirlər Kabineti isə bu gün tam tərkibdə ilk toplantısını keçirib. Ancaq ölkədə müxalifətlə iqtidar arasında böhrana son qoyacaq konkret anlaşma əldə edilməyib. Müxalifət hökumətin irəli sürdüyü formulların kifayət etmədiyini düşünür.

Ölkədə əvvəlki günlərlə müqayisədə daha sakit atmosferin hökm sürdüyü bildirilir. Küçəyə çıxma qadağasının saatları da dəyişdirilib. Yeni qərara görə, komendant saatı 20:00-06:00 arasında davam edəcək.

Bu arada, NATO bölgədə yaşanan proseslərin Avropaya qanunsuz köçü artıracağına dair xəbərdarlıq edib. Alyansın baş katibi Anders Foq Rasmussen olayların 28 üzvü olan ittifaqa birbaşa təhlükə yaratmadığını, ancaq Yaxın Şərqdəki sülh prosesi və regional sabitliyə təsir edəcəyini söyləyib.

Rasmussen uzun perspektivdə bölgə iqtisadiyyatı üzərində yaşana biləcək mənfi təsirlərin Avropaya qanunsuz köçü artıracağını bildirib.Misirdə yeni hökumətin tam tərkibdə ilk toplantısı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə