Və ya hədsiz siyasi düşüklüyün canlı obrazından doğan cəbhəbaşı
AXCP sədri Əli Kərimlinin partiya sədrindən daha çox özünü sosial şəbəkələrdə klaviatura arxasında tapması, ya da bloqer kimi nəzərə çarpması ilk növbədə onun hədsiz siyasi düşüklüyünün bariz nümunəsidir. Misal üçün, onun növbəti “trendi” “Oxu, paylaş və susma!” adı altındadır və burada məqsəd özünü bütün müxalifət partiya sədrlərindən “ağıllı” göstərməkdir. Əslində, Ə.Kərimlinin bənzər davranışlarında təəccüblü heç nə yoxdur – özündənmüştəbehlik, təkəbbürlük, özünübütləşdirmə və s. kimi hallar onun necə deyərlər, kimsəyə lazım olmayan uğursuz həyatının tərkib hissəsidir. Məhz siyasi düşüklüyün canlı obrazı özünü bütün çalarları ilə AXCP sədrinin sima(sızlığ)ında tərənnüm olunmaqdadır. Yəni onun maraqları arxasında nə xalq, nə demokratik düşüncə tərzi dayanır. Dayanan əsas maraq sədri olduğu dağıdıcı siyasi təşkilatı vasitəsi ilə daha çox maddi vəsaitlər əldə etmək, “ana müxalifətçilik” adına yiyələnmək, bunun üçün isə dövlətin, xalqın maraqlarını davamlı şəkildə bir qara qəpiyə satmaq...
“Maniya veliçiya” xəstəliyi Əli Kərimlinin siyasi ölümünü reallaşdırıb
Yəni cəbhəbaşının uzun illərdir davam edən “siyasətinin” əsasında bu kimi iddialar dayanmaqdadır. Həmçinin “Facebook”, “Youtube” qəhrəmanı kimi də adlandırılan cəbhəbaşı Ə.Kərimlinin siyasi manipulyasiyalarının ən böyük kəfalətini isə digər baxışlı müxalif kəsimlər ödəyir. Əgər bu gün müxalifət zəif, uğursuz və perspektivsiz duruma düşübsə, bunun bütün günahları bilavasitə Ə.Kərimlinin boynundadır. Necə ki, illər öncə həmin statusu Müsavatın sabiq başqanı İsa Qəmbər daşıyırdı. Yəni müxalifətin birləşməsinə əngəllər yaradaraq, özünü düşərgənin vahid lideri kimi təqdim etməyə çalışırdı...
Yeri gəlmişkən, Əli Kərimli hazırkı dövrə qədər təmsil olunduğu birliklərdə görünə bilmədiyi “böyüklüyünün” dərdində olub. Misal üçün, İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov, Arif Hacılı və digərlərinın də birləşdiyi qurumlarda AXCP sədri sıradan biri kimi görünüb və hesablaşılacaq şəxs obrazını hər zaman itirib. Belə bir vəziyyət isə ona sərf eləmir. Əgər pafosla səsləndirdiyi fikirlər onun səmimi siyasi xətti olsaydı, təbii ki, bu vəziyyət onu narahat etməzdi. Amma səsləndirilən fikirlərlə əməllər arasındakı fərq, yəni şəxsiyyətin ikiləşməsi buna imkan vermir və nəticə göz qabağındadır. Uduzan da müxalifət olub. AXCP sədri xalqın etimadını itirib, dəstəyini qazana bilmir, bundan sonra da bilməyəcək!
Rusların bir sözü var – “Maniya veliçiya”, yəni böyük görünmək maniyası, xəstəliyi. Ə.Kərimli bu xəstəliyin qurbanıdır. Artıq bu xəstəlik səbəbindən yaranmış digərlərinə nifrət hissi bütün cəmiyyətə keçib və bu adamcığaz artıq siyasi rəqiblərinə deyil, bütün cəmiyyətə, xalqa, millətə nifrət edir. Söz yox ki, ətrafını da o vəziyyətdə saxlayır. Xəstə təfəkkür və qeyd etdiyimiz “maniya veliçiya” məsələsi isə əslində Ə.Kərimlini bitirib. Sadəcə, o siyasi ölümünü dərk etmir. Lakin dərk etməsə belə, bunu ona dərk etdirəcək bir çox reallıqlar onu qısa zamanda haqlayacaq. Buna isə şübhə yoxdur...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB