Kotayk bölgəsində, dünən gecə, Ermənistanda hakim partiyadan olan bələdiyyə namizədi və seçkiqabağı qərargah rəisinin avtomobili yandırılıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, xilasedicilər zərəçəkənə məxsus 35 OX 487 dövlət nömrə nişanlı Nissan Tiida avtomobilini söndürməyə müvəffəq olublar.
Məlumata görə, cinayət məcəlləsinin 108-ci (əmlakın qəsdən məhv edilməsi) maddəsi ilə cinayət işi başladılıb.
Yanğın hadisəsi zamanı zərəçəkmiş Vaan Saribekyanın 26 yaşlı oğlu Arutyun alovu özü söndürməyə çalışıb, nəticədə əlindən yanıq xəsarətləri alıb və bu səbəbdən də qospitallaşdırılıb.
Özbaşınalıq və cinayət tərkibli hadisələrə meyillik Ermənistanda özünü biruzə verməkdədir. Məhz bu meyilliliyin fonunda cinayətkarlar avtomobili yandırmaqla da kifayətlənməyiblər. Naməlum adamlar zərərçəkmişə məxsus evin giriş qapısına da benzin tökərək od vurublar və alov evə də daxil olub. Alovu vaxtında söndürmək mümkün olub. Qeyd edək ki, yanğın zamanı evdə 7 nəfər, onların arasında isə bir azyaşlı olub. Ev sakinlərinin və qonşuların səyi sayəsində faciədən yaxa qurtarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB