Və yaxud erməni lobbisinin dəmtutanları
Bu gün güclü Azərbaycan dövləti dinamik inkişaf edir və həyata keçirdiyi siyasətlə beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. Bu isə, ölkəmizin inkişafını istəməyən bəzi xarici dairələri narahat edir. Alçaqlıq bataqlığında eşələnlər, lənət olsun erməni üfunəti verən sizlərə! Azərbaycan dövlətinə düşmən qüvvələrin əlində aləti olmaqla heç vaxt çirkin niyyətlərinizə çata bilməyəcəksiniz. Çünki Azərbaycan güclü dövlətdir və ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.
Məhz bunun nəticəsidir ki, əvvəlki beynəlxalq tədbirlər kimi, növbəti Bakıda baş tutmuş UEFA Avroliqası finalı öz möhtəşəmliyi və bir sıra əhəmiyyətli ilkləri ilə Avropa məkanına nəyə qadir olduğunu sübuta yetirdi. Təkcə, "Çelsi" və "Arsenal" derbisindən əvvəl paytaxtımıza axışan minlərlə futbol azarkeşləri onlara göstərilən diqqət və qayğıdan, xidmət keyfiyyətindən, özəlliklə, futbol finalı ab-havasına sadəcə, heyran qaldılar. Sübut olundu ki, bu vaxta qədər Azərbaycanda keçirilən hər bir beynəlxalq idman hadisəsinin uğurla başa çatdırılması heç də təsadüf sayıla bilməz. Bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən, bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Sübut olundu ki, bu vaxta qədər Azərbaycanda keçirilən hər bir beynəlxalq idman hadisəsinin uğurla başa çatdırılması heç də təsadüf sayıla bilməz. Avropada "siyasi mühacir" adı altında" oturub, Azərbaycana qarşı yönəldilən qara "PR" kampaniyaları isə elə beşikdəcə boğuldu.
Siyavuş Novruzov: "O "mühacirlər" Avropada küçə süpürməklə məşğuldurlar"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, Vətən, xalq təəssübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə, xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyasını davam etdirməsi şübhəsiz, anti-Azərbaycan dairələrin və erməni lobbisinin "ənənəvi layihələr"inin növbəti epizodudur: "Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində "sapı özümüzdən olan baltaları" tora salaraq, öz çirkin və məkrli oyunlarına alət edərək, respublikamızı hədəfə alması uzun illərdir ki, "ənənə" halını alıb. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və onlarla işbirliyində olan milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq, zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin, rafayılların, eləcə də, AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin, qondarma "hüquq mülafiəçisi" Leyla və Arif Yunusların və onlarının tör-töküntülərinin, "yaldaşlar"ının, el arasında deyildiyi kimi, "fısları yatacaq". Bu xəyanətkarlar öz ağalarından aldıqları "yemlərini" nəhəng pitonlar kimi udaraq, bir müddət gizlinə çəkilərək, onu həzm etməklə məşğul olacaqlar. Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq, onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın "söyüş makinaları" Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş əxlaqsızlardır".
Elşən Musayev: "Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"
Həyasızlığın həddinə bax ki, belə bir əxlaqsız - L.Yunus Azərbaycanı cəbhə dövründə yeyib-talayıb, bu gün isə böhtan yağdırır. Cinayət bataqlığında eşələnən L.Yunus, sən o L.Yunus deyilsən ki, hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olmusan?..
Millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: "L.Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var: "Xarici dairələr həmişə Azərbaycanda L.Yunuslar yetişdirməyə çalışıb. Biz yeni L.Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir".
Xainlərə güzəşt olmamalıdır
Bəlkə də belə sərt deyilən söz kimlərdəsə qıcıq yarada bilər. Amma belələrinin çörəyi dizinin üstündədir. Bir də satqın və Vətən xainindən nə gözləmək olar? L.Yunus kimilər dövlət tərəfindən əfv olunsalar da, yenə də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər. Çünki L.Yunusun mahiyyəti, xisləti budur. Bu adamın genetik erməni bağlılığı var və demək olar ki, həmin genetika əsl gerçəyi ədaləti, azərbaycanlı-erməni qarşıdurması fonunda faktiki reallığı inkar etmək gücündədir.
Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB