"Mayın 29-da Bakı Olimpiya stadionunda UEFA Avropa liqasının final mərhələsində iki ingilis klubu - “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Eyni zamanda UEFA Çempionlar liqasının Madrid şəhərində keçirilən final mərhələsində yenə də iki ingilis klubu - “Liverpul” və “Totehhem” futbol klubları üz-üzə gəlmişdilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, Bakıda keçirilən UEFA Avropa liqasının final mərhələsi ərəfəsində başda erməni lobbisi olmaqla ona dəstək verən və Azərbaycanı gözügötürməyən bəzi dövlətlərin, qüvvələrin, o cümlədən də daxildə olan radikal qüvvələrin Azərbaycana qarşı növbəti şər, böhtan kampaniyasına başlanılmışdır: "Onlar iddia edirdilər ki, Bakıya gəlib-getmək çox çətindir, burada otel tapmaq çətindir, bahadır, guya ölkəmizdə insan haqları tapdalanır və s. Təbii ki, onlar absurd iddialarla çıxış edirdilər. Çalışırdılar ki, Bakıda keçiriləcək final mərhələsinin üzərindən qarayaxma kampaniyası aparsınlar. Eyni zamanda onlar erməni əsilli futbolçu Henrik Mxitaryanın da Azərbaycana gəlməsi ilə bağlı da bir şou yaratmağa çalışırdılar. Amma Azərbaycan dövləti, AFFA onlara tam zəmanət vermişdi ki, erməni əsilli futbolçunun, eləcə də digərlərinin Azərbaycana gəlib-getməsində heç bir problem yoxdur. Bütün bunlara baxmayaraq antiünsürlər çalışdılar ki, qarayaxma kampaniyasından Azərbaycan dövlətinin inkişafına, Prezidentimizin apardığı müstəqil siyasətə, infrastruktura xələl gətirsinlər.
Amma hər iki oyunun arasında olan üç gün müddət ərzində oyunların nəticəsi onu göstərdi ki, Azərbaycan futbol şəhəri sayılan Madriddən qat-qat üstün təşkilatçılıq baxımından bu tədbirin keçirilməsinə öz töhfəsini verdi. Birincisi ölkəmizə gəlib-gedən insanlar, azarkeşlər, UEFA nümayəndələri burada yaradılmış bütün şəraitdən (otel qiymətlərindən, insanların qonaqpərvərliyindən, sabitlikdən və s.) tamamilə razılıqla qayıtdılar. Amma biz Madriddə gördük ki, polislə o klubların azarkeşləri arasında iğtişaşlar oldu. Hətta biz gördük ki, otellər, futbol oyununa biletlər o qədər baha idi ki, ora gəlib-gedən bəzi fanatlar yalnız futbola oyununa bilet almağa pulları çatırdı. Bəzi fanatlar Madrid şəhərinin küçələrində gecələməli olurdular. Onlar da bir daha gördülər ki, insan haqları Azərbaycanda qorunur, Azərbaycan demokratiya istiqamətində çox ciddi islahatlar aparıb və burada insana qarşı heç bir zorakılıqdan söhbət gedə bilməz. Əksinə Azərbaycan çox tolerant və qonaqpərvər bir ölkədir. Ölkəmizə gələn hər bir insana qarşı burada çox böyük diqqətlə yanaşılır. Madriddə isə bunlar tamamilə əksinə oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB