Türkiyədə zəlzələ olub
Türkiyənin İzmir vilayətində 3,7, Aydın vilayətində isə 4,1 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, yerli vaxtla saat 04.37-də (Bakı vaxtı ilə 06.37) Aydın vilayətinin Quşadası qəsəbəsində 4,1 bal gücündə zəlzələ olub. Boğaziçi Universitesinin Kandilli rəsədxanasının məlumatına görə, zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.

İzmirdə isə saat 01.12-də (Bakı vaxtı ilə 03.12) Rixter şkalası üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Selçuk qəsəbəsində qeydə alınıb.

Hər iki zəlzələ zamanı tələfat və dağıntı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə