Qarabağda erməni hərbçi məhv edildi

Qarabağda erməni hərbçi məhv edildi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Sipan Melkonyan ölüb. Bu haqda SİA Ermənistan KİV-nə istinadən bildirir.

Məlumata görə, erməni hərbi qulluqçu iyunun 1-də, yerli vaxtla 07:30 radələrində cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissənin müdafiə postunda vurulub.

Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə