"Rusiya dərhal Ermənistan rəhbərinə qulaqburması verir" ÖZƏL-MÖVQE

"Rusiya dərhal Ermənistan rəhbərinə qulaqburması verir" ÖZƏL-MÖVQE

“Qarabağın işğaldan azad olunması üçün indiyə qədər etdiyimiz bütün səylər nəticəsizdir. Əldə olunan yeganə nəticə bu işğalın beynəlxalq səviyyədə tanınmasıdır. Bu da problemin gələcəkdə bizim xeyrimizə həll olunması üçün bir əsasdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, beynəlxalq qurumların vasitəçiliyi ilə keçirilən danışıqlarda hər hansı bir razılıq əldə olunan kimi, Rusiya dərhal Ermənistan rəhbərini Moskvaya dəvət edib qulaqburması verir: “Bununla da danışıqlar daha bir neçə il uzadılır. Çoxillik təcrübə onu göstərir ki, problemin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır. Keçmiş sovet respublikalarının hamısında eyni ssenari ilə işğal həyata keçirən Rusiya bütün tərəfləri qeyri müəyyən vəziyyətdə saxlamaqda davam edir. Bütün bunları təhlil etdikdən sonra aydın olur ki, Rusiya ilə danışıqlarda onların xeyrinə bütün güzəştlərə getsən, hətta qoşunlarını ölkənə buraxsan belə torpaqlar işğaldan azad edilməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə