Sərdar Cəlaloğlu: "Sosial şəbəkələrdə ən pis küçə söyüşləri söyməklə Əli Kərimli özünün ləyaqətsizliyini və əxlaqsızlığını nümayiş etdirir"
Bir siyasətçinin ki, tərcümeyi-halında bu qədər qara ləkələr olsun, bütün fəaliyyəti boyu satılmaqdan üzütüpürcəkli olan AXCP sədri Əli Kərimlinin küçə itləri kimi mitinq keçirmək iddiasına düşməsini ancaq həyasızlıq adlandırmaq olar. Bunu satqınlar "kadrosu" olan "Milli Şura"nın bu günə kimi keçirdiyi rüsvayçı mitinq şouları bir daha sübut edir. Bu gün yenidən Ə.Kərimlinin özünü "birləşmiş müxalifətin lideri" kimi təqdim etməsi, demək olar ki, müxalifət düşərgəsinin bütün üzvlərinin əsəblərini tarıma çəkib. Ən maraqlı məqam isə budur ki, cinayətlər içində çabalayan Ə.Kərimli hansı üzlə mitinq iddiasına düşüb?
Sərdar Cəlaloğlu: "Primadonna" Əli Kərimli o Ə.Kərimlidir ki, siyasi karyerası boyunca təmsil olunduğu düşərgədə daim dağıdıcılıq fəaliyyəti ilə tanınıb"
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, AXCP sədri Ə.Kərimli cəbhəsi, özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını iddia edir: "Bu, gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən ki, qiymət verirsən?! Ə.Kərimli üzərinə belə bir missiya götürməyin nə məqsədlədir? O, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunların hamısı satqındır. A bala, sənə bu hüququ kim verib? Sən doğulandan, satılıb-satansan. Daha dəqiq desək, satqın siyasətin "primadonnası"san! Sənin ipini çəkmək çətin deyil. Mitinq keçirməklə baş girləyirsən, ancaq bir yoxsan".
ADP sədri, eyni zamanda, AXCP fəallarının sosial şəbəkədəki davranışlarına da toxunaraq, deyib ki, ən pis küçə söyüşləri söyməklə, Ə.Kərimli özünün ləyaqətsizliyini və əxlaqsızlığını nümayiş etdirir. Onun haqqında çoxlu materiallar gedirdi, qəzetlərdə və internet saytlarında yazırdılar. Erməni qulbeçəsi olmaq Ə.Kərimlinin pozğun tərbiyəsini göstərir.
S.Cəlaloğlu Ə.Kərimlinin son 25 ildə müxalifət daxilindəki dağıdıcı məqamlarına da toxunaraq, bildirib ki, 1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə seçkilər keçirilərkən, mərhum Əbülfəz Elçibəy AXCP-yə Kələkidən tam nəzarət edə bilmirdi. Bundan istifadə edən Ə.Kərimlinin "Yurd"laşdırılmış nəzarəti "at oynadırdı". Sonra Ə.Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə "vahid siyahı" ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən "vuruldu". Seçkidən sonra isə, müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla, Ə.Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Bu gün Ə.Kərimli kimlərəsə, məsələn, Arif Hacılıya, İsgəndər Həmidova və digərlərinə boşuna qucaq açmır. Məşhur bir aforizmdə deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar... Bu gün siyasi meydandan tamamilə silinən və tarixin zibilliyinə atılan Ə.Kərimli kimi satqın və xəyanətkarın, o cümlədən, Müsavat partiyası və "Milli Şura"nın ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirmələri isə, hər şeyə qara yaxmaq kimi məkrli niyyətlərini nümayiş etdirməkdir. Ancaq Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər və bu kimi Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənlər, bir həqiqəti bilməlidirlər ki, tarix onlar kimi satşınları heç vaxt bağışlamayacaq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB