YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib
YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib. Konfrans iştirakçıları, ilk olaraq, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfrans da YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, bildirib ki, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir: "Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır."
K.Mirzəyev, onu da vurğulayıb ki, Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında, məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır: "Çünki Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasəti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir.»
Konfransda YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri Aqşin Bağırov hesabat məruzəsi ilə çıxış edib.
«Məruzə ətrafında rayon təşkilatı şəhər 1 saylı ərazi ilk partiya təşkilatının üzvü Əlifli Əliheydər, gənc partiya üzvü Hüseynzadə Sahil, Aranlı kənd ümumi orta məktəbin gənc müəllimi, partiya üzvü Pərvin Əliyeva çıxış edərək gənclər birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edərək, bütünlükdə. gənclərə göstərilən qayğı və diqqətə görə. ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Konfransda YAP Siyasi Şurasının üzvü, millət vəkilləri Mirkazım Kazımov, Rüstəm Xəlilov, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Sonra konfransda təşkilatı məsələlərə baxılıb. 15 nəfərdən ibarət YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin şura üzvü və 7 nəfər idarə heyətinin üzvü seçilib. Aqşin Bağırov YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri, Hüseynli Elnur və Hüseynzadə Sahil sədrin müavinləri, eyni zamanda, 2 nəfər YAP Gənclər Birliyinin respublika konfransına nümayəndə seçilib.
Konfransda, həmçinin, partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasını Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB