BAXCP sədri: “Milli Məclisdə Dağlıq Qarabağla bağlı komitə yaradılmalıdır”
"Dağlıq Qarabağ münaqişəsinin həllini beynəlxalq təşkilatlardan gözləmək özümüzü aldatmaqdan başqa bir şey deyil". SİA-ya açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların hazırkı vəziyyətinə münasibət bildirərkən deyib.
İqtisadiyyat və ordunun daha da gücləndirilməsinə ehtiyac olduğunu deyən millət vəkili bildirib ki, xarici diplomatiyanın başında çevik siyasətçi dayanmalıdır: "Xarici işlər naziri təkcə xarici siyasətlə işləməməlidir. Həmçinin Azərbaycandakı digər nazirlikləri mütəmadi olaraq təlimatlandırmalıdır. Azərbaycana çoxlu siyasətçilər, iş adamları gəlir və onlarla müxtəlif nazirliklərdə görüşlər keçirilib. Nazirliklərı təlimatlandırmaq lazımdır ki, əməkdaşlıq edən zaman Dağlıq Qarabağ münaqişəsini lazım olan formada ortaya qoysunlar. Xarici İşlər Nazirliyində bu istiqamətdə ciddi islahatlar aparılmalıdır, ciddi korrektə işləri edilməlidir. Nazirliyin başında yalnız icraçı yox, həm də kifayət qədər çevik və lazım gələrsə müstəqil qərarlar qəbul edən bir siyasətçi olmalıdır. Bu sahədə iş aparılmalı, paralel olaraq da ordu quruculuğu gücləndirilməlidir. Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli görünmür".
Problemin Milli Məclisdə müzakirəsinə gəlincə, Q.Həsənquluyev buna ehtiyac olduğunu bildirib: "Milli Məclis bu məsələdə öz sözünü deməlidir. Dağlıq Qarabağla bağlı komitə yaradılmalıdır. Biz hərdən bu məsələni qaldıranda deyirlər ki, problemlə cənab prezident, yaxud Xarici İşlər Nazirliyi məşğul olur. Elə isə İqtisadi İnkişaf Nazirliyi olduğu halda parlamentdə niyə iqtisadi məsələlər üzrə komitə var? Prezidentin özü də iqtisadi məsələlərlə məşğul olur.Yaxud da Kənd Təsərrüfatı Nazirliyi olduğu halda, niyə aqrar-siyasət komitəsi var? Bu baxımdan Yeni Azərbaycan Partiyasının mövqeyini əsassız hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB