“Paşinyanı devirəcəyik!” - “DQR” generalları qərar verdi

“Paşinyanı devirəcəyik!” - “DQR” generalları qərar verdi

Yerevanda küçə döyüşlərinin baş verəcəyini istisna etmək olmaz

Ermənistanın mövcud hakimiyyəti ilə “DQR” arasındakı gərginlik durmadan artmaqdadır. Belə ki, Robert Koçaryanın azadlığa buraxılmasından başlayan proses əslən Qarabağdan olan erməni hərbi- siyasi dairələrinin Nikol Paşinyan iqtidarına qarşı hücum mövqelərini güncəlnidrəmkdədir. O da sirr deyil ki, bu gün Ermənistanın oloqarxiyasının tərkib hissəsi də qarabağlı ermənilərdən ibarətdir. Bu xüsusda, onların tez-tez “DQR”ə səfər edib, müəyyən planlarla geri dönmələri artıq qiyamın astanada olduğunu sübuta yetirir. Hətta bir sıra məqamlarda silahlı qiyamın da olacağı istisna edilmir.

Oliqarxlar sui-qəsd planına dəstək veriblər

Bu arada, Ermənistanda nəşr ediən “Jamanak” (Zaman) qəzeti daxili mənbələrinə istinadən yazır ki, “DQR” generalitetinin tanınmış təmsilçiləri və Ermənistanın qarabağlı oliqarxları ölkənmin baş naziri N.Paşinyanın vəzifəsindən güc yolu ilə devirilməsi məqsədini daşıyan sui-qəsd planını uzun müzakirələrdən sonra qəbul ediblər.

Digər erməni KİV-ləri də sözügedən məsələ ətrafında bənzər məqalələrlə çıxış edirlər. Misal üçün, “Novosti Armeniya” qəzeti isə yazır ki, sui-qəsd planının müzakirəsi və qəbulu "Oqanovski" kimi tanınan "DQR"-on “müdafiə nazirinin” keçmiş “müavini” Samvel Karapetyan tərəfindən təşkil edilib. Gizli görüş Ermənistanın ictimai-siyasi səhnəsndə də yer alantanınmış oligarxlarından birinin malikanəsində kerçirilib. Gizli görüşdə Ermənistan parlamentində deputat olmuş məşhur biznesmen Samvel Aleksanyan da iştirak edib. "Onlar Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər", deyə adıçəkilən erməni nəşri qeyd edib.

Ermənistanın Təhlükəsizik Şurasının katibliyi narahatlığını gizlətmir

Artıq sui-qəsd və çevriliş planı mətbuata sızdığı üçün, Ermənistan ictimaiyyətində təlaşlanma, çalxalanma müşahidə edilməkdədir. Belə ki, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublika hakimiyyətində mümkün sui-qəsd haqqında narahatlıqların olduğunu dilə gətirib. Lakin buna baxmayaraq, Qriqoryan əlavə edib ki, bu haqda çox açıq danışmaq olmaz və həmin istiqamətdə işləri müvafiq güc strukturları aparmalıdırlar.

Adıçəkilən şəxs istisna etməyib ki, “DQR” generalları və Ermənistanın qarabağlı oliqarxaiyasının qiyamçıları planlarını qəbul etməmişdən öncə müəyyən xarici güclərlə məsləhətləşiblər. Düzdür, TŞ-nın katibi birbaşa olmasa da, dolayı yolla burada Rusiya kəşfiyyatının əlinin olduğuna da işarə edib. Daha dəqiq desək, jurnalistlərin “Sui-qəsdlə məşğul olanlar xarici yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, "onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar".

Kreml Paşinyanın anti-Rusiya çağırışlarını unutmayıb

Əbəs deyil ki, bundan qabaq da “DQR” hərbi-siyasi gücləri tez-tez Moskvaya səfərlər edərək, səfərlərinin məqsədlərini məsləhətləşmələrlə əlaqələndirirdilər. Xatırlatmaq mümkündür ki, hələ ötən il N.Paşinyan “məxməri inqilab” edərək, küçələrə insan toplayarkən, “DQR”in “prezidenti” Bako Saakyan Ermənistanın o zamankı prezidenti, Qarabağ klanının aparıcı fiquru Serj Sarkisyanın təlimatları əsasında Moskvaya bir neçə dəfə səfər etmişdi. Paşinyanın anti-Rusiya çağırışları Kremli qəzəblənədirdiyi üçün, Rusiyanın müəyyən hərbi-siyasi dairələri var gücləri ilə Qarabağ klanına dəstək göstərməyə çalışırdı. Lakin həmin ərəfələrdə Qərb Rusiyadan üstün oldu və Ermənistanda siyasi çevriliş baş verdi.

İndi isə, revanş zamanının çatdığını düşünən Qarabağ erməniləri sözügedən planlarını icra etmək qərarına gələrək, həm də Rusiyanın tövsiyələri əsasında hərəkətə keçməyə başlayıblar.

Erməni baş nazir sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyini bəyan etsə də...

Yeri gəlmişkən, N.Paşinyan mayın 20-də bildirmişdi ki, onun siyasi opponentləri Qarabağda Ermənistanla “DQR” arasında qarşıdurma yaratmaq üçün ona qarşı yalan təbliğat aparacaqlar. O bunu məhz kimlərin edəcəyini dəqiqləşdirməmişdi, lakin bəyan etmişdi ki, "DQR”in “təhlükəsizliyinin təminatçısı” və Ermənistan silahlı qüvvələrinin ali baş komandanı olaraq, bu sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcək. Düzdür, Paşinyan bu bəyanatını səsləndirsə də, mövcud vəziyyətin onun, ümumilikdə isə Ermənistanın xeyrinə olmadığı göz önündədir. Bəlkə də, erməni baş naziri eyham vurub ki, nəyin bahasına olursa-olsun, o öz hakimiyyətinin devrilməsinə cəhd göstərənlərə qarşı amansız davranacaq. Ancaq “DQR” generallarının arxasında Kremlin müəyyən dairələrinin dayandığını düşünərsək, vəziyyətin get-gedə daha da dərinləşəcəyini, silahlı qarşıdurmaların yaşanacağını, hətta Yerevanda küçə döyüşlərinin baş verəcəyini istisna etmək olmaz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə