Ermənistan Silahlı Qüvvələri mövqelərimizi atəşə tutublar

Ermənistan Silahlı Qüvvələri mövqelərimizi atəşə tutublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 12.20-dən 12.25-dək, 22.55-dən 23.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Noyenberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərini, saat 08.05-dən 08.09-dək Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə