Vilyam Hacıyev: “Samuxda istirahət sanatoriyasının tikintisi üçün 3 mln manat vəsait ayrılıb”- Açıqlama

Vilyam Hacıyev: “Samuxda istirahət sanatoriyasının tikintisi üçün 3 mln manat vəsait ayrılıb”- Açıqlama

"Samuxda istirahət sanatoriyasının tikintisi üçün 3 mln manat vəsait ayrılıb". Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib. Onun sözlərinə görə, artıq sahibkarlarla bu barədə danışıqlar aparılıb. Sanatoriyalar əsasən termal, yəni müalicəvi suların zəngin olduğu Əlibayramlı və Hacalı kəndlərində inşa olunacaq.

"Bu termal suların 70-80 dərəcə istiliyi var. Məhs bu münbit şəraitdən istifadə etməklə rayonda turizm imkanlarını genişləndirmək üçün tədbirlər planı hazırlanıb. Bundan əlavə Mingəçevir Su Anbarı hövzəsinin Samux rayonu sahillərində koteclərin tikintisini və istirahət zonalarının salınmasını həyata keçirəcəyik", V.Hacıyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə