ATƏT sədri: “Rusiya olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli bir millimetr belə irəli getməyəcək”
"Rusiya olmadan bu münaqişələrin nizamlanması prosesində irəliləyiş əldə olunmayacaq və bir millimetr irəli gedilməyəcək". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. Onun sözlərinə görə, belə məsələlərdə millimetr irəliləyiş qızıla bərabərdir: "Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və münaqişə tərəfləri arasında etimadın qurulmasına dair gördükləri işləri dəstəkləyirik. Bu zəmində həmçinin Rusiyanın münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində yönələn səylərinə də dəstəyimizi ifadə edirik".
O, qeyd edib ki, Litva ATƏT sədri kimi qurumun xüsusi və mühüm üzvlərindən olan Rusiya ilə, xüsusilə də dondurulmuş münaqişələrin həllinə aid edilə biləcək məsələlərdə əməkdaşlıqda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB