"Prezidentin Brüsseldə keçirdiyi görüşlər böyük tarixi hadisə və uğurdur" ÖZƏL-ŞƏRH

"Prezidentin Brüsseldə keçirdiyi görüşlər böyük tarixi hadisə və uğurdur" ÖZƏL-ŞƏRH

“Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər böyük tarixi hadisə və uğurdur. Bu səfər və onun nəticələri Azərbaycanın və dövlət başçısının düşmənlərimiz, bədxahlarımız üzərində növbəti zəfəri, daha bir parlaq mənəvi qələbəsi oldu”. Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, dövlət başsının son Avropa səfəri bir daha göstərdi və hər kəsə nümayiş etdirdi ki, Qafqazda əsas söz sahibi hansı ölkədir, hansı liderdir: “Dövlət rəhbərimiz həm Avropa və dünya səviyyəli siyasət adamı olmasıyla, həm də ölkəsinin, xalqının mənafelərinə söykənən siyasət aparması ilə bu hörməti və diqqəti qazanıb. Onun öz dövlətini ləyaqətlə təmsil etməsi, Azərbaycanın maraqlarını heç bir tərəfin maraqlarına güzəştə getməməsi barəsində yüksək rəyin formalaşmasına səbəb olub. Avropa liderləri birmənalı şəkildə əmindirlər ki, Prezident İlham Əliyevin başçılıq etdiyi bir ölkə ilə arxayın və əmin bir durumda işbirliyi edə bilərlər. Bu imicin qazanılması, əlbəttə ki, İlham Əliyevin etibarlı tərəfdaş, çox uzaqgörən və müdrik siyasət, dövlət adamı olmasından irəli gəlir.

Bu gün dünyaya onun təhlükəsizliyi, rifahı, inkişafı üçün məhz İlham Əliyev kimi etibarlı, müdrik dövlət və siyasət adamı, onunla bərabərhüquqlu səviyyədə münasibətlərin, işbirliklərinin qurulması lazımdır. Əks halda, heç nə mümkün deyil. Çünki Azərbaycan dövləti və onun lideri zoru, təhdidi, təzyiqi sevmir, qəbul etmir və etməyəcək də. Azərbaycanı, onun dövlət rəhbərini artıq kiminləsə səhv salmasınlar.

Millət vəkili eyni zamanda deyib ki, səfər, orada keçirilən görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, bu yöndə müsbət mesajların verilməsi, nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin də ədalətli həllinə öz müsbət töhfəsini verə bilər və verəcək: “Bu münaqişə artıq öz ədalətli həllini tapmalıdır. Artıq bütün oyunlara, yalançı vədlərə, ikili standartlara son qoyulmalıdır. Sözdən əməli işə keçilməli, Ermənistanın işğaldan çəkindirilməsinə, yerində oturdullmasına, etdiklərinə görə, cavab verməsinə və cəzalandırılmasına, haqq-ədalətin tam bərqərar olunmasına nail olunmalıdır. Azərbycanın, dövlət rəhbərinin bu məsələdə güzəştsiz mövqeyi də oratadır və bu mövqedədən də bir addım olsun, geri çəkilməyəyəcək. Ona görə də artıq beynəlxalq qurumlar, beynəlxalq güclər, vasitəçilər öz məsuliyyətlərini dərk etməli, sözdən hərəkətə keçməlidirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə