Bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalşırlar. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, həmin dairələr idmanı siyasətə qatırlar: “Necə olunur Azərbaycanda Böyük Britaniya şirkətləri fəaliyət göstərəndə, burda neft çıxaranda Azərbaycan təhlükəli olmur, iki futbol komandası gələndə təhlükəli olur? Sapı özümüzdən olan baltaların hərəsinə erməni lobbisi tərəfindən 5 manat verilib Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salmağa çalışırlar”.
Deputat bildirib ki, post-sovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: “Bu qədər görülən işləri qoyurlar bir kənara başlaırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxta fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən sıxırlar. Bütün Azərbaycan cəmiyyəti Prezdentin siyasətini dəstəkləyir. Biz ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə də, siyasətçilərə də cavab verməliyik. Siz bizi hədələməklə öz maraqlarınızı həyata keçirə bilməyəcəksiniz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB