BDU-da imtahandan xaric olunan tələbələrin sonrakı taleyi necə olacaq?

BDU-da imtahandan xaric olunan tələbələrin sonrakı taleyi necə olacaq?
Yanvarın 6-dan etibarən Bakı Dövlət Universitetində keçirilən qış imtahan sessiyası yanvarın 31-də başa çatıb. Bu barədə SİA-ya məlumat verən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, imtahan prosesində 200 tələbə auditoriyadan çıxarılıb. Onun sözlərinə görə, daxili qayda-qanunu pozan həmin tələbələrin imtahan nəticələri ləğv olunub. Həmin tələbələr barədə rektor Abel Məhərrəmovun sərt əmri olduğunu deyən mətbuat katibi vurğulayıb ki, onlar sərt cəzalandırılıb və imtahan nəticələri 0 balla qiymətləndirilib.

"Rektorun müvafiq göstərişi var ki, həmin tələbələrin işləri aktlaşdırılsın və onların cavabları avtomatik olaraq 0 balla qiymətləndirilsin. Həmin tələbələrin valideynləri universitetə çağırılaraq onlarla söhbət aparılacaq. İmtahan nəticələri ləğv olunan tələbələr ikinci dəfə həmin fənni oxuyaraq imtahan verəcəklər. Boloniya prosesinə əsasən, həmin tələbələr "Yay məktəbi"nə buraxılmırlar. Onlar növbəti kursa keçirilsələr də gələn sessiya ərzində oxuyub yenidən imtahan verəcəklər. Əgər imtahandan xaric olunan belə hala təkrar yol verərlərsə, onlar universitetdən xaric olunacaqlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə