4-5 fevral 2010-cu il tarixində Sent-Luis (ABŞ) şəhərində Vaşinqton Universitetinin təşkilatçılğı ilə "Dünya regionları: Qafqazdakı çətinliklər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) aparıcı elmi işçisi Rauf Qaragözov qatılacaq.
Qurumdan SİA-ya verilən xəbərə görə, SAM-ın elmi işçisi konfransda "Dağlıq Qarabağ misalında etno-siyasi konfliktin kollektiv yaddaşı" adlı məruzə ilə çıxış edəcək, daha sonra isə Vaşinqton Universitetinin tələbələri üçün "Dağlıq Qarabağ misalında tarixi təhkiyələr və sosial hədəflər" mövzusunda seminar keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd Vaşinqton Universitetinin professor, müəllim və tələbə heyətini Qafqaz regionunun mədəniyyəti, tarixi və qarşılaşdığı müasir problemlərlə tanış etməkdən ibarətdir. Tədbirdə kollektiv yaddaş, münaqişələrin həlli, regionşünaslıq, beynəlxalq münasibətlər sahələri üzrə dünyanın aparıcı mütəxəssisləri iştirak edəcək.
Qeyd edək ki, Vaşinqton Universitetində kollektiv yaddaş məsələlərinin araşdırılması sahəsi üzrə nüfuzlu elmi məktəblərdən biri yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB