Asim Mollazadə: “AŞPA həmməruzəçilərinin ölkəmizə səfəri planlıdır”- AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizə səfəri planlı bir səfərdir". Bu sözləri millət vəkili Asim Mollazadə SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda monitorinq prosesinə uyğun olaraq ildə bir və ya iki dəfə AŞPA-nın ölkə üzrə həmməruzəçiləri monitorinq komitəsinə məruzə hazırlamaq üçün ölkəmizə səfərə gəlirlər. Onun sözlərinə görə, hər il olduğu kimi bu dəfə də onlar ölkədəki vəziyyəti, prosesləri dəyərləndirəcək, Azərbaycanın öhdəlikləri yerinə yetirməsi istiqamətində monitorinq aparacaqlar.
Açıqlaması zamanı təşkilatın həyata keçirdiyi monitorinqin nəticələrinin obyektivliyinə də toxunan millət vəkili: "Azərbaycanda nədənsə Avropa Şurasına və yaxud digər beynəlxalq təşkilatlara hansasa işlək, əmək müəssisəsi kimi baxırlar. Avropa Şurasının əsas prinsipləri əməkdaşlıqdır. Təşkilat üzv ölkələrinə öz dəyərlərinin bərqərar olunması istiqamətində, müvafiq problemlərin həllində məsləhət verir. AŞ həmçinin öz təcrübəsini üzv ölkələri ilə bölüşüb nəyəsə nail olmağa çalışır. Qurum kimisə cəzalandırmaq, sanksiya tətbiq etmək prinsipləri əsasında çalışmır",- deyə vurğulayıb.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Joseph Debono Grech - Malta) və Pedro Aqramunt (Pedro Agramunt - İspaniya) fevraın 3-dək Azərbaycanda səfərdə olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB