Tunisdə iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb

Tunisdə iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb
BMT-nin Tunis hadisələrini araşdıran missiyasının bildirdiyinə görə, yanvar ayında prezident Zine Əl Abidin Ben Əlinin hakimiyyətdən devrilməsilə nəticələnmiş üsyan zamanı 219 adam həlak olub. SİA-nın xəbərinə görə, qrupun rəhbəri Bəkr Ndiaye bildirib ki, buraya həbsxanada qiyam zamanı ölən 72 nəfər də daxildir. Tunisdə bir həftə sürən missiya BMT-nin İnsan Hüquqlarına dair Ali Komissarlığı tərəfindən təşkil edilib. Tunis hökuməti hadisələr zamanı həlak olanların sayını 72 kimi göstərmişdi. Lakin müxalifət qrupları təkidlə bildirirdi ki, ölən insanların sayı bundan daha artıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə